
BAKI, 12 aprel. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, ilk olaraq “Turan Tovuz” doğma meydanında “Sabah"la üz-üzə gələcək.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
Komandalar arasında keçirilən son üç oyunda hər iki kollektiv qol sevinci yaşayıb. “Turan Tovuz” son 7 qarşılaşmada qol vurub.
Günün digər oyununda isə "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:15-də başlayacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Son 3 oyunda meydan sahibi olan tərəf qalib gəlib. “Şamaxı” son 4 səfərdə qələbə qazanmayıb.
"Turan Tovuz" 44 xalla 4-cü, "Sabah" isə 36 xalla 5-cidir. "Sumqayıt" komandası 29 xalla 7-ci sırada qərarlaşıb. "Şamaxı" 1 xal az toplayaraq 8-cidir.
Turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"i üstələyib - 4:1.
Azərbaycan Premyer Liqası, XXX tur
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu
19:15. “Sumqayıt” – “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:15
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qeyd edək ki, XXX turun digər matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.