BAKI, 13 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXX turun son oyun günündə "Kəpəz" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Teleqraf xəbər verir ki, ilk matç Tovuz şəhər stadionunda saat 17:00-da start götürəcək.

Görüşü FIFA referisi Kamal Umudlunun idarə edəcək.

“Araz-Naxçıvan” "Kəpəz"lə keçirdiyi son 3 oyunda qol buraxmayıb. Naxçıvan təmsilçisi son 4 səfər matçında qol vurub.

Azər Bağırovun baş məşqçisi olduğu Gəncə təmsilçisi 27 xalla 9-cu, Elmar Baxşıyevin komandası isə 51 xalla 3-cüdür.

Turun son oyununu isə "Neftçi Arena"da baş tutacaq. Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 19:15-də başlayacaq.

“Zirə” son 4 görüşdə qol vurub. “Neftçi” evdə ardıcıl 5 qələbə qazanıb.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 35 xalla 6-cı, Rəşad Sadıqovun komandası isə 55 xalla 2-cidir.

Bu gün "Neftçi" qələbə qazansa, "Qarabağ" sona 6 tur qalmış çempion olacaq. Çünki Ağdam komandası hazırda 73 xala malikdir və ikinci pillədəki "Zirə" ilə aralarındakı oyunlarda daha üstün tərəfdir. Yəni, qalan 6 oyunun hamısında "Qarabağ" uduzsa, "Zirə" isə qalib gəlsə, yenə də şəxsi oyunlarda üstün tərəf olan baş məşqçi Qurban Qurbanovun komandası birinciliyi əldən verməyəcək. Beləliklə, "Qarabağ" gələn tur "Neftçi" önünə çempion statusu ilə çıxacaq.

Qeyd edək ki, XXX turun digər oyunlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 2:1, "Turan Tovuz" isə evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XXX tur

13 aprel

17:00. "Kəpəz" – "Araz-Naxçıvan"

Hakimlər: Kama Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Tovuz şəhər stadionu

19:15. "Neftçi" – "Zirə"

Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

"Neftçi Arena"