
BAKI, 12 aprel. TELEQRAF
“Mənim üçün aydın olmayan hal baş verdi. Futbolla əlaqəsi olmayan qırmızı kart verildi".
Teleqraf xəbər ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Pavol Şafrankonun qırmızı vərəqə alaraq komandanı azlıqda buraxmasının onların bütün planlarını pozduğunu deyib: “Demək olar, oyunu iki hissəyə bölmək lazımdır. Qırmızı vərəqəyə qədər və “qırmızı”dan sonraki hissə. Hazırda bizim üçün avrokuboklara qatılmaq kubok yolu ilə asan görünür”.
Rusiyalı baş məşqçisi Kurban Berdıyevlə dueldə uduzması ilə bağlı suala belə cavab verib: “Deyərdim, meydanda yox, masada uduzduq. Təbii ki, taktiki planlardan danışmaq çətindir.
Qeyd edək ki, “Sabah” XXX turdan sonra 36 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.