
BAKI, 12 aprel. TELEQRAF
İngiltərənin “Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
33 yaşlı misirli futbolçunun illik 500 milyon funt sterlinqlik təklifdən imtina etdiyi bildirilir. O, Mersisayd təmsilçisində qalmağı üstün tutub.
"Liverpul" Salaha yeni müqaviləyə əsasən, bonuslar daxil olmaqla, ildə təxminən 20 milyon funt sterlinq ödəyəcək. Sözləşmə 2027-ci ilin yayına kimi imzalanıb.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm ərzində meydana çıxdığı 43 oyunda 32 qol və 22 məhsuldar ötürmə müəllifi olub.