BAKI, 13 aprel. TELEQRAF

Ukrayna və Rusiya nümayəndə heyətləri Türkiyənin paytaxtı Ankarada görüşəcəklər.

Teleqraf xəbər verir ki, aprelin 15-16-da Ankaradakı Hərbi Dəniz Qüvvələri Komandanlığında iki ölkə arasında danışıqlar keçiriləcək.

Görüşün əsas mövzusu Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərin müzakirəsi olacaq. Danışıqların məqsədi regionda gərginliyin azaldılması və təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır.

Qeyd edək ki, bu cür təmaslar regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.