
BAKI, 11 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasıda XXX turun açılış oyununda “Səbail” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “ASCO Arena”da baş tutan görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 17-ci dəqiqədə Ağdam təmsilçisinin fransalı futbolçusu Abdullah Zubir vurub. 2 dəqiqə sonra Leandro Andrade fərqi artırıb. Portuqaliyalı yarımmüdafiəçi 52 və 65-ci dəqiqələrdə də fərqlənərək “het-trik” edib. Bununla da Premyer Liqanın bombardiri aktivindəki qol sayını 14-ə çatdırıb.
“Dənizçilər”in yeganə qolunu 72-ci dəqiqədə David Qomis vurub.
Bu nəticəyə görə, “Zirə” bu tur “Neftçi”yə məğlub olsa,, Qurban Qurbanovun komandası mövsümün sonuna 6 tur qalmış 73 xalla erkən çempion olacaq . Elvin Məmmədovun rəhbərliyi altında ilk böyükhesablə məğlubiyyətini alan “dənizçilər” isə 20 xalla sonuncu pillədə yer alır.
Qeyd edək ki, XXX turun digər oyunları 12-13 apreldə keçiriləcək.