BAKI, 13 aprel. TELEQRAF

Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına yekun vurulacaq.

Teleqraf xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın yunan-Roma güləşçilərindən 3-ü final qarşılaşmasına, 1-i isə təsəlliverici görüşə çıxacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli həlledici görüşdə serbiyalı Georgi Tibilovla üz-üzə gələcək.

67 kq-da Həsrət Cəfərov bolqarıstanlı Abu Muslim Amayevi məğlub edərək qızıl medalı qazanmağa çalışacaq.

72 kq-da Ülvi Qənizadə təsəlliverici görüşdə Dünya Güləş Birliyininin bayrağı altında yarışan erməni Alen Mirzoyanla münasibətlərə aydınlıq gətirəcək.

82 kq-da Qurban Qurbanov finalda macarıstanlı Erik Silvassi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan güləşçilərinin aktivində ümumilikdə 9 medal var.