BAKI, 13 aprel. TELEQRAF
ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar zamanı Tehrandan uranın zənginləşdirilməsi proqramından tamamilə imtina etməsini tələb etməyib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Uitkoffun əsas tələbi silahlarda mövcud materialdan istifadə edilməməsi olub.
Nəşr vurğulayıb ki, danışıqların birinci raundu İran üçün uğurlu olub, çünki bu, müzakirələri yeni səviyyəyə qaldırmaq üçün zəruri olan əsas məqsədlərə nail olmağa imkan verib.