
BAKI, 13 aprel. TELEQRAF
Azərbaycan Triatlon Federasiyasında (ATF) yeni baş məşqçinin təqdimatı və son iki ilin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
ATF-dən Teleqraf-a verilən məlumata görə, toplantıda Federasiyanın İdarə Heyətinin üzvləri və məşqçilər iştirak ediblər.
Tədbirin əsas hissəsində triatlon üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi təqdim olunub. Yeni baş məşqçi Oleksandr Mordasov hazırlıq prosesi, kadr potensialının gücləndirilməsi və beynəlxalq arenada nəticələrin artırılması ilə bağlı planlarını iştirakçılarla bölüşüb.
Daha sonra Federasiyanın Baş Katibi Seymur Hüseyinov son iki ilin fəaliyyətini əhatə edən hesabat təqdim edib. Hesabatda yerli və beynəlxalq yarışlar, idmançıların nailiyyətləri və federasiyanın gələcək planları yer alıb.