
BAKI, 13 aprel. TELEQRAF
Rusiya hərbçiləri Kursk bölgəsindəki Oleşnya kəndi və Qornal monastırı yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin (USQ) xüsusi təyinatlı qüvvələrinə aid bir neçə hücum qrupunu məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Müdafiə qüvvələri USQ-nin şəxsi heyətini Oleşnya kəndi ətrafına sıxışdırmağa davam edir. Oleşnya və Müqəddəs Nikolay Beloqorsk monastırı ətrafında hərbçilər SSO "Cənub" mərkəzinin bir neçə hücum qrupunu məhv edib", - agentliyin məlumatında deyilir.
Həmçinin qeyd edilib ki, Sumsk bölgəsində USQ-nin 67-ci briqadası ağır itkilər verib. Briqadanın bir neçə bölməsi Veselovka və Belovodi kəndləri ətrafında məhv edilib.