BAKI, 13 aprel. TELEQRAF

Tanınmamış Somaliland dövləti nəzarət etdiyi ərazidə hava zolağı və limandan istifadə hüququ müqabilində ABŞ-dən rəsmi ölkə kimi tanınmasını istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Somaliland prezident Trampla dövlət statusunun tanınması müqabilində liman və hava zolağının ABŞ-yə icarəyə verilməsini nəzərdə tutan saziş bağlamaq istəyir - nəşr yazır.

Söhbət Qırmızı dənizdə yerləşən Berbera şəhərinin limanından, həmçinin Berbera Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından gedir. Somaliland Yəməndə husilərin nəzarətində olan ərazilərə yaxındır.