
BAKI, 13 aprel. TELEQRAF
ABŞ-nin Mayami şəhərində UFC 314 turniri baş tutub.
Teleqraf xəbər verir ki, gecənin əsas görüşündə yarımyüngül çəki dərəcəsində keçmiş UFC çempionu Aleksandr Volkanovski Dieqo Lopezlə üz-üzə gəlib.
Qarşılaşma hakimlərin yekdil qərarı ilə Volkanovskinin qalib gəlməsi ilə başa çatıb (48-47, 49-46, 49-46).
Beləliklə, Volkanovski yenidən UFC kəmərini qazanıb.
Qeyd edək ki, iyunun 21-də Bakıda UFC turniri keçiriləcək.