
BAKI, 6 aprel. TELEQRAF
İngiltərənin “Çelsi" klubu avrokuboklardan kənarlaşdırıla bilər.
Teleqraf “The Times” nəşrinə istinadən xəbər verir ki, səbəb “zadəganlar”ın UEFA-nın maliyyə feyr-pley qaydalarını pozmasıdır.
“Çelsi” rəhbərliyi qadınlardan ibarət komandanı 200 milyon funt-sterlinqə törəmə şirkətə sataraq cəzadan yayınmaq istəsə də, qitə qurumu satışı qəbul etməyib.
London təmsilçisinin nümayəndələri hazırda UEFA ilə danışıqlar aparırlar. Güman edilir ki, klub müəyyən cərimə ödəyərək növbəti üç mövsüm üçün maliyyə planını razılaşdıracaq.
“Çelsi” yenidən maliyyə feyr-pley qaydalarını pozarsa, bir mövsümlük avrokuboklardan kənarlaşdırılacaq.
Qeyd edək ki, “Çelsi” cari mövsümdə UEFA Konfrans Liqasında mübarizə aparır. “Mavilər” 1/4 finalda Polşa “Legiya”sı ilə qarşılaşacaq.