BAKI, 29 mart. TELEQRAF

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovun oyunundan çox razı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, ispaniyalı məşqçi gənc müdafiəçinin ümidlərini doğrultduğunu söyləyib.

Qvardiola deyib: “Onun bu qədər oyun keçirəcəyini gözləmirdik. Lakin mövsüm boyu müdafiə mövqeyində yaşadığımız problemlər Xusanovu xeyli matçlarda oynamağa məcbur etdi. Onun xüsusi keyfiyyətləri var. Çox sürətli və enerjilidir. Bizə xeyli kömək etdi”.