
BAKI, 28 mart. TELEQRAF
Türkiyə Superliqasının 29-cu turunda “Fənərbağça” səfərdə “Bodrumspor”u məğlub edib (4:2).
Teleqraf xəbər verir ki, 27 oyundan 65 xal toplayan “sarı-lacivərdlilər” turnir cədvəlində 2-ci yerdədir. “Bodrumspor” 30 xalla (28 oyun) 15-ci pillədə mövqe tutub.
Turnir cədvəlinə 71 xalla (27 oyun) “Qalatasaray” başçılıq edir.
Qeyd edək ki, turun mərkəzi oyununda sabah İstanbul derbisində “Beşiktaş” öz meydanında “Qalatasaray”ı qəbul edəcək.