BAKI, 23 mart. TELEQRAF

İtaliyanın “Yuventus” klubu baş məşqçi Tiaqu Motta ilə yollarını ayırıb.

Teleqraf Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisi bu postda İqor Tudor əvəzləyib. Motta 2024-cü ilin yayından "Yuventus"un sükanı arxasında idi.

Tudor 2020-21-ci illərdə "Yuventus"da Andrea Pirlonun köməkçisi olub. Xorvatiyalı mütəxəssis daha sonra İtaliyada "Verona" və “Latsio”, Fransada isə “Marsel"in baş məşqçisi olub.

Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 29 turdan sonra 52 xalla 5-ci pillədə qərarlaşıb.