BAKI, 16 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.

Teleqraf-ın məlumatına görə, bu barədə klubun rəsmi açıqlamasında bildirilir.

Rəhbərlik mütəxəssisə indiyədək göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Cavid Hüseynov "Səbail"ə 2024-cü il noyabrın 12-də baş məşqçi təyin olunub. Bu gün Azərbaycan Premyer Liqasında keçirdiyi XXVII turun oyununda klub öz meydanında "Neftçi"yə uduzub - 1:2. Hazırda Bayıl təmsilçisi 18 xalla sonuncu pillədə yer alıb və 9-cu yerdə gedən "Kəpəz"dən 5 xal geri qalır.