
TOVUZ, 16 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu keçirilib.
Teleqraf xəbər verir ki, "Turan Tovuz" komandası "Sumqayıt"ı qəbul edib.
Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda hesabı meydan sahiblərinin futbolçusu Ayxan Hüseynov 8-ci dəqiqədə açıb. Bundan 10 dəqiqə sonra Ayxan Süleymanlı bərabərlik qolunu vurub. Yeni transfer Bobir Abdulxolikov isə 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
Çempionatda 8-ci qələbə sayəsində xalını 28-ə çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib. 43 xala malik "Turan Tovuz" isə 4-cü pillədədir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Şamaxı" ilə, "Kəpəz" "Qarabağ"la 0:0, "Sabah" isə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. "Neftçi" isə səfərdə "Səbail"ə qalib gəlib - 2:1.