BAKI, 16 mart. TELEQRAF

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın XXVI turunda evdə “Qroyter Fürt”lə qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub. Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv Frankoniya derbisində 3:0 hesablı qələbə qazanıb. Qolları Yulian Yustvan Justvan (4, 39) və Stefanos Tsimas (45+4) vurublar.

“Nürnberq” bu qələbədən sonra xallarını 41-ə çatdıraraq 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm ərzində iştirak etdiyi 17 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.