
BAKI, 16 mart. TELEQRAF
“Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.
Teleqraf "şirlər"in rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanılan yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.
44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən komandanın sükanı arxasındadır.
“Şamaxı” məşqçilər heyəti ilə də yeni müqavilə imzalayıb. Ayxan Abbasovun köməkçiləri Elnur Çodarov, Kamil Qafarov, Vüsal Qarayev və Xəyal Qarayev növbəti mövsümün sonuna qədər vəzifələrində qalacaqlar.
Qeyd edək ki, Ayxan Abbasov 21 yaşadək Azərbaycan milli komandasının da baş məşqçisidir.