
BAKI, 16 mart. TELEQRAF
"Real Madrid"in və Fransa yığmasının hücumçusu Kilian Mbappe "Los Blancos"da ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.
Teleqraf xəbər verir ki, 26 yaşlı fransız La Liqanın 28-ci turunda “Vilyarreal”la oyunda 17 və 23-cü dəqiqələrdə dubl edib.
Bu zərbələr Mbappe üçün bu mövsüm bütün yarışlarda 30-cu və 31-ci zərbə idi. Qol yarışında o, "Barselona"nın hücumçusu Robert Levandovski ilə yaxınlaşır . Hazırda Mbappenin 20, polşalının 21 qolu var.
"Seramika" stadionunda keçirilən "Vilyarreal" - "Real" matçı madridlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mbappenin dublu ilə yanaşı, 7-ci dəqiqədə meydan sahiblərinin argentinalı müdafiəçisi Xuan Foyt da fərqlənib.