BAKI, 21 sentyabr. TELEQRAF
ABŞ-nin “İnter Mayami” klubunun ulduz hücumçusu Lionel Messi cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.
Teleqraf xəbər verir ki, argentinalı futbolçu buna MLS-in XXX turunda “San Dieqo” ilə qarşılaşmada nail olub.
2:2 hesabı ilə başa çatan görüşdə Messi cərimə zərbəsindən birbaşa zərbə ilə fərqlənib.
Bu qol 39 yaşlı hücumçu üçün cari mövsümdə 20-ci olub. “Dallas”ın futbolçusu Petar Musa 18 qolla ikinci pillədə qərarlaşıb.
Ümumilikdə Messinin karyerası boyunca vurduğu qolların sayı 930-a çatıb.