BAKI, 21 sentyabr. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın braziliyalı futbolçusu Rafinya La Liqada yeni rekorda imza atıb.

Teleqraf “Opta”ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu çempionatın ilk 7 turunda 10 qol vurub.

O, VII turun "Sevilya" ilə matçın 22-ci dəqiqəsində fərqlənib. Rafinya bu göstəriciyə XXI əsrdə çatan üçüncü futbolçudur.

Buna qədər yalnız Lionel Messi və Kriştiano Ronaldu mövsümün ilk 7 oyununda ən azı 10 qol vurublar.

Messi 2011/12 mövsümündə ilk 7 oyunda 10, 2017/18 mövsümündə isə 11 qol vurub. Ronaldu isə 2014/15 mövsümündə 13 qolla fərqlənib.