BAKI, 20 sentyabr. TELEQRAF
Premyer Liqa nəhənglərindən “Liverpul” Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtzi qış transfer pəncərəsində icarəyə göndərməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, Mersisayd klubunun rəhbərliyi yanvar ayında Virtz üçün təkliflər gözləyir. “Liverpul” futbolçunu yenidən Bundesliqaya göndərməyə hazırdır, lakin onu birdəfəlik satmaq niyyətində deyil.
Florian Virtzin hazırkı müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Alman yarımmüdafiəçinin bazar dəyəri 100 milyon avro qiymətləndirilir.
Virtz bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.