BAKI, 22 sentyabr. TELEQRAF

Almaniya millisinin baş məşqçisi Yürgen Klopp komandadakı ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Teleqraf xəbər verir ki, 59 yaşlı mütəxəssis azarkeşlərin dəstəyinə görə təşəkkür edib:

“Salam. Bəziləriniz məni tanıyır, bəziləriniz isə yox. Mən Almaniya millisinin yeni baş məşqçisiyəm və buna görə çox şadam. Bilirəm ki, bizi hər yerdə, dünyanın müxtəlif ölkələrində dəstəkləyirsiniz. Buna görə təşəkkür edirəm. Bəlkə stadionda görüşərik. Başlanğıcı səbirsizliklə gözləyirəm. Getdik!”

Qeyd edək ki, Almaniya sentyabrın 24-də Millətlər Liqasında Niderlandla, 27-də isə Yunanıstanla qarşılaşacaq.