BAKI, 2 mart. TELEQRAF
İspaniya "Real Madrid"inin futbolçusu Vinisius Junior klubda 300-cü matçını keçirib.
Teleqraf xəbər verir ki, braziliyalı hücumçu bu həddə La Liqanın XXVI turunda səfərdə "Betis"ə 1:2 hesabı ilə məğlub olduqları oyunda çatıb. 25 yaşlı braziliyalı forvard bu görüşlərdə 102 qol və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən çıxış etdiyi "Real Madrid"lə 14 kubok qazanıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.