BAKI, 15 fevral. TELEQRAF

Azərbaycan yığma komandasının və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, 35 yaşlı futbolçu Braziliyanın “Primavera” klubuna keçib.

Qeyd edək ki, uzun illər “Qarabağ”da çıxışı edən braziliyalı yarımmüdafiəçi yığmamızın heyətində 33 oyuna çıxıb və 3 qol vurub.