BAKI, 14 mart. TELEQRAF

"Qədim insan məskənləri xalqın tarixi etnoqrafiyası ilə yanaşı, elmi tədqiqatlar üçün mühüm rol oynanır".

Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimov “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Tarixi mədəni irsin qorunması istiqamətində dövlət proqramı həyata keçirilir. Vahid platformanın təsis edilməsi hər birimiz üçün maraqlıdır. Mübadilə proqramı muzeylər, universitetlər arasında da olmalıdır. Bu konfransın məqsədi qədim insan məskənlərinin mühafizəsinə toxunmaq, bu barədə daha geniş məlumat almaqdır”, - qeyd edib.

O həmçinin bildirib ki, işğaldan azad edilən ərazilərdə mədəni həyat bərpa olunur.