
BAKI, 13 mart. TELEQRAF
Rusiyanın Çelyabinsk şəhərini təmsil edən "Siqnal" Olimpiya Ehtiyatları İdman Məktəbinin məşqçisi Timur Əmirov Ukrayna ilə müharibədə ölüb.
Teleqraf xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
"Məktəbimizin yetirməsi və məşqçi-müəllimi Timur Raisoviç Əmirov döyüş əməliyyatları zonasında tapşırığı yerinə yetirərkən ölüb. Timuru uşaqlar çox sevir, ona valideynlər və məşqçilər hörmətlə yanaşırdılar", - deyə rəsmi məlumatda vurğulanır.
Yarım il əvvəl Timur Əmirovun qardaşı Rəsul Əmirov da müharibədə həlak olub.
Qeyd edək ki, əslən Qırğızıstandan olan Timur Əmirov 25 fevral 2004-cü ildə doğulub. Futbolçu kimi mərkəz müdafiəçisi mövqeyində çıxış edib.