
BAKI, 14 mart. TELEQRAF
Rusiyanın olimpiya idman növləri üzrə federasiyalarının 2024-cü ildə bukmeyker köçürmələrindən maliyyələşməsi 22 milyard rubl (431 milyon 358 min 368 manat) təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Sosial Siyasət üzrə Federasiya Şurası Komitəsinin iclasında idman naziri Aleksandr Nikitin açıqlama verib.
Nikitin hesabat xarakterli çıxışında bildirib ki, qeyri-olimpiya növləri üzrə federasiyalar ötən il 3,1 milyard rubl (60 milyon 785 min 120 manat), peşəkar federasiya və liqalar 2,3 milyard rubl (45 milyon 98 min 638, qeyri-olimpiya növləri üzrə federasiyalar 0,9 milyard rubl (17 milyon 647 min 292 manat) alıblar.
Konkret, Rusiya Futbol İttifaqına 5,4 milyard rubl (105 milyon 874 min 525 manat), Rusiya Stolüstü Tennis Federasiyasına 2,5 milyard rubl (49 milyon 15 min 984 manat), Rusiya Tennis Federasiyasına 1,7 milyard rubl (33 milyon 330 min 869 manat), Rusiya Hokkey Federasiyasına 1,5 milyard rubl (29 milyon 409 min 451 manat) köçürülüb.
Nazir gələcəkdə Rusiyanın idman hadisələrinə pul qoyuluşlarından gəlirlərin federasiya və liqalar arasında, xaricdəki tədbirlərə pul qoyuluşlarından gəlirlərin Rusiya İdman Fonduna bölüşdürüləcəyini vurğulayıb.