
BAKI, 14 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXVII tura start veriləcək.
Teleqraf xəbər verir ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək.
“Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Hazırda Naxçıvan təmsilçisi 46 xalla turnir cədvəlinin üçüncü, qonaqlar 27 xalla yeddinci pilləsinə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXVII tur
19:00. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, turaun digər oyunları martın 15-16-da keçiriləcək.