BAKI, 8 sentyabr. TELEQRAF

Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Esmira Ağayeva Azər qızı direktor vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.

O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.

***

E.Ağayeva 158 nömrəli tam orta məktəbə direktor təyin edilib. O faktı Teleqraf-a təsdiqləyib.