
BAKI, 10 aprel. TELEQRAF
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müraciət etmək istəyən şəxslər 10 aprel saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
"BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci il tarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər",- məlumatda qeyd olunub.