BAKI, 9 aprel. TELEQRAF

Bu gün saat 12:50 radələrində 2013-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, baş-beyinin zədələnməsi, bədənin sıyrılmış yaraları diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib: "Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir".