
BAKI, 11 mart. TELEQRAF
Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
İdarədən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmanın nəticəsinə əsasən hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur.
Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Gəncə şəhərində məktəblinin bıçaqlanması ilə bağlı məlumat yayılıb. Hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib. Məktəbli Ə.İ hadisədən sonra xəstəxanalardan birinə yerləşdirilib və daha sonra evə buraxılıb.