BAKI, 25 sentyabr. TELEQRAF
“Quba” basketbol klubu növbəti transferi reallaşdırıb.
Klubdan Teleqraf-a verilən məlumata görə, bölgə təmsilçisinin yeni transferi ötən mövsüm "Lənkəran"da keçirmiş Varid Ağasızadədir.
Artıq Varid "Quba"nın təlim-məşq toplanışına qoşulub. 2004-cü il təvəllüdlü basketbolçu oyun qurucusudur. O, əvvəllər “Sərhədçi” və “Lənkəran” klublarının formasını geyinib.