BAKI, 18 sentyabr. TELEQRAF

NTD basketbol klubu üç basketbolçu ilə müqavilə imzalayıb.

Bu barədə Teleqraf-a klubun mətbuat xidmətindən məlumat verilib.

Paytaxt təmsilçisi Ramazan Qarayev, Mübariz Mirzəyev və Hacısaməd Oğuzla sözləşmə bağlayıb.

Qarayev Azərbaycanın U-20, Mirzəyev isə U-18 yığmasının üzvüdür.

Qeyd edək ki, Ramazan Qarayev 2022/23, Hacısaməd Oğuz isə ötən mövsüm NTD klubunda çıxış edib.