BAKI, 15 sentyabr. TELEQRAF
Növbəti mövsümə hazırlaşan “Sərhədçi” heyətini legioner basketbolçu ilə gücləndirib.
Klubdan Teleqraf-a verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ-li oyunçu Xari Brodveylə anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 1,90 sm boya malik Brodveyin son klubu NCAA ikinci divizionunda mübarizə aparan “Maynot Steyt Yuniversiti" klubu olub.