BAKI, 15 sentyabr. TELEQRAF
NTD növbəti transferini reallaşdırıb.
Klubdan Teleqraf-a verilən məlumata görə, paytaxt təmsilçisi U-18 milli komandanın üzvü Derin Berközla anlaşıb.
Perspektivli basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Derin Berköz daha əvvəl Türkiyənin "Türk Telekom"un U-19 komandasında çıxış edib. O həmçinin Azərbaycan milli komandasına da dəvət olunub.