BAKI, 21 avqust. TELEQRAF

Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək “Neftçi” basketbol klubu heyətinə gücləndirməkdə davam edir.

Teleqraf-a "ağ-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, Bakı təmsilçisi həm komandanın, həm də Azərbaycan millisinin kapitanı olan Həmzəyevlə müqaviləni daha bir mövsüm uzadıb.

Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev "Neftçi"nin heyətinə cəlb olunub.

Qeyd edək ki, Əkbər Məmmədov son olaraq NTD komandasında, Fikrət Ələkbərov isə “Quba”da keçirib.