BAKI. 5 iyun. TELEQRAF

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqası üçün yekun heyəti bəlli olub.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov səfərə 12 voleybolçu və 2 köməkçisi ilə çıxıb.

Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov
Blokçular: Aslan Həmidov, Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov

Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb. İlk oyun iyunun 6-da ev sahibi İsveç millisinə, növbəti görüş iyunun 7-də Gürcüstana qarşı olacaq.

Qeyd edək ki, Avropa Gümüş Liqasındakı ikinci tur oyunları 13 - 15 iyunda Azərbaycanda, üçüncü tur isə 20 - 22 iyunda Farer adalarında təşkil olunacaq.