ABŞ-da Kaliforniya polisinin hərbi cinayətkar olan bir şəxs barədə Facebook-da yerləşdirdiyi informasiya xanımların böyük marağını doğurub. Cinayətkarın zahiri görkəmi məlumatı izləyən xanımların o qədər xoşuna gəlib ki, onlar öz rəğbətlərini ifadə etməkdən çəkinməyiblər.

Teleqraf.com-un xəbərinə görə, xanımlar öz duyğusal rəylərini yazaraq, təqsirləndirilən şəxslə qiyabi şəkildə olsa belə, əməlli-başlı əyləniblər. Qadınların ürəyini öz görkəmi ilə fəth edən bu şəxs 30 yaşlı Ceremi Miks olub. O, Kaliforniyanın Stokton şəhərində həbs ediilib və odlu silahın, hərbi sursatın qeyri-qanuni saxlanılmasında ittiham olunur.

Lakin internet istifadəçilərini yalnız onun fotosu cəlb edib. Onlar Miksin nədə, hansı cinayətdə ittiham olunmasına demək olar ki, əhəmiyyət verməyiblər. Müttəhimin şəkli sutka ərzində 35 min dəfə bəyənilib və ona 11 min rəy bildirilib.

Nail Cəlil