BAKI, 27 iyun. TELEQRAF

“Qarabağ”dan ayrılacağı gözlənilən Leandro Andradenin yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə TaToTake nəşri məlumat yayıb.

Məlumata görə, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, “Polissya” ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 213 oyunda meydana çıxaraq 60 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb.