BAKI, 27 iyun. TELEQRAF
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Qurban Qurbanovun komandası Avstriya Bundesliqa təmsilçisi VSG “Tirol”la qarşılaşacaq.
“Gürnot Langes” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Bakıda “Zirə”ni 4:3 hesabı ilə məğlub edib. “Köhlən atlar” Avstriya toplanışı çərçivəsində son iki yoxlama görüşünü isə iyulun 1-də keçirəcək.
Ağdam təmsilçisi həmin gün əvvəlcə Ukraynanın “Xarkov” komandası ilə Bakı vaxtı ilə saat 15:00-da, daha sonra isə Macarıstanın “Ferentsvaroş” klubu ilə saat 20:00-da üz-üzə gələcək.