
Misir Xarici İşlər Nazirliyi Qətənrin vasitəçilik təklifini rədd edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazirlik Müsəlman Qardaşlar Təşkilatı (İhvan) ilə Misir rəhbərliyi arasında dialoq yaratmaq üçün xarici dövlətlərin vasitəçiliyinin müzakirə mövzusu olmadığını bildirib.
Misir hökuməti bu addımı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.
Qeyd edək ki, dünən Qətər hökuməti Misirdə sabitliyi bərpa etmək üçün İhvanla yerli hökumət arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Samir