BAKI, 22 dekabr. TELEQRAF

“Ukrayna korrupsiyanın ən yüksək səviyyədə olduğu bir nömrəli ölkədir, Moldova da ondan geri qalmır, amma Brüssel bu faktları gizlətməyə çalışır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.

“Niyə Avropa Komissiyasının genişlənmə üzrə hesabatında korrupsiya və insan haqlarına dair bölmələr yoxdur? Cavab sadədir, faktları saxtalaşdıra bilməyəndə, həmin faktları gizlətməyə və əsassız, yanlış siyasi bəyanatlar verməyə üstünlük verirlər. Moldovanı tərifləyib, Gürcüstanı tənqid edərkən də bunu edirlər. Fakt budur ki, Ukrayna korrupsiyanın ən yüksək olduğu ölkədir, Moldova da ondan geri qalmır. Əslində, artıq avrobürokratiya özünü tükəndirib, buna görə də ağlasığmaz addımlar atır. Ukrayna-Moldova reallığını onlardan Rusiyaya qarşı istifadə etmək üçün ört-basdır edə bilərlər”, - Nino Tsilosani qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl Moldova və Ukraynanın 2030-cu ilə qədər ittifaqa üzv olacaqlarını açıqlamışdı.