BAKI, 22 dekabr. TELEQRAF

İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi hələ də ölkə daxilində saxlanılır.

Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi məlumat verib.

“Ciddi məlumat çatışmazlığı və bəzi obyektlərin zərər görməsinə baxmayaraq, görünən budur ki, İranın zənginləşdirilmiş uranının əsas hissəsi hələ də ölkə ərazisindədir. Bu, nüvə silahlarının yayılmaması baxımından son dərəcə vacibdir”, - AEBA direktoru bildirib.

Rafael Qrossi bundan əvvəl bəyan etmişdi ki, İran hələ də yaxın gələcəkdə nüvə silahı hazırlamaq üçün kifayət qədər texniki bilik və uran ehtiyatına malikdir.