BAKI, 22 dekabr. TELEQRAF

“Bakı Metropoliteni” QSC-nin ötən il üzrə ticarət kreditor borclar 19 milyon 504 min manata çatıb.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin sonuna bu rəqəm 13,434 min manat olub. Qurumun vergi borcları 2 milyon 186 min manata çatıb.

Qeyd edək ki, QSC-nin ticarət və digər kreditor borclarına Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-yə olan və 2006-сi ildə bu müəssisə ləğv olunduqdan sonra "Azərişıq" ASC-yə ötürülmüş 11,738 AZN (31 Dekabr 2023-cü il: 11,738 AZN) dondurulmuş borc daxildir.