BAKI, 22 dekabr. TELEQRAF
"Türkiyənin üçüncü ölkələr üzərindən bütün sahələrdə əldə etdiyi uğurlar diqqətəlayiqdir. Bu gün 110 maddəlik fəaliyyət planı imzalanacaq".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
"Plan çərçivəsində üçüncü ölkələrlə sərbəst ticarət imkanları nəzərdə tutulur. Azərbaycanın yeni tranzit yanaşması istiqamətində əməkdaşlıq mövcuddur. Neft, qaz, kənd təsərrüfatı və turizmdən tutmuş bir çox sahədə yeni iş birlikləri qurulur" - Cevdet Yılmaz əlavə edib.