BAKI, 22 dekabr. TELEQRAF

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

General-mayor Etibar Məhərrəmov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıb. Tabelikde olan şəxsi heyətin daim qayğısına qalmağı, hərbi əmlakı qorumağı tövsiyə edib.

Məzunlar onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə təşəkkürünü bildirib, yiyələndikləri bilik və bacarıqları daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə söz veriblər.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.